Ru
22:14 / 01 Yanvar 2026

Smart-kart qaz sayğaclarında problem: Ödəniş edilir, balansa köçmür?

Smart-kart qaz sayğaclarında problem: Ödəniş edilir, balansa köçmür?
Eye

Smart-kart tipli qaz sayğaclarında balansın artırılması ilə bağlı müəyyən çətinliklərin yarandığı bildirilir.

Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a daxil olan şikayətdə bəzi istifadəçilərin ödəniş terminalları vasitəsilə karta vəsait yükləyərkən problemlə üzləşdiyi qeyd olunur.

Belə ki, terminallar bəzən kart məlumatlarını tanımır və ya ödənilən məbləğ balansda əksini tapmır.

Məlumata görə, terminalda "smart-kartın bərpası" funksiyası aktivləşdirildikdə ödənişin balansa köçürüldüyü barədə bildiriş verilsə də, həmin məbləği sayğaca yükləmək mümkün olmur. İddia olunur ki, bunun səbəbi tariflərin yenilənməməsi ilə bağlıdır.

Mövzu ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinə ünvanladığımız suallar cavabsız qaldı. Qurumun mətbuat katibi Eldəniz Vəliyev qeyri-iş günü olduğunu bildirərək müraciətlərin qaynar xətt vasitəsilə edilməsini tövsiyə edib.

Bununla belə, saat 17:47-dən sonra da qurumun Mətbuat Xidməti ilə təkrar əlaqə saxlamağa cəhd göstərsək də, zənglər cavabsız qaldı. Qurumun Mətbuat Xidmətinə xatırlatmaq istərdik ki, qaynar xətt əsasən vətəndaş müraciətləri üçün nəzərdə tutulub. KİV nümayəndələrinin suallarının cavablandırılması isə məhz Mətbuat Xidməti vasitəsilə həyata keçirilməlidir.

Yaranan problemlə bağlı "Mpay" QSC açıqlama yayıb.

Smart-kart qaz sayğaclarında problem: Ödəniş edilir, balansa köçmür?

"Hazırda "Azəriqaz" xidmətində, xüsusilə "Zenner" kartları ilə ödənişlərlə bağlı texniki nasazlıq müşahidə olunur. Problem ümumi "Azəriqaz" sistemindən qaynaqlanır və onun aradan qaldırılması istiqamətində aidiyyəti üzrə işlər aparılır.

Nasazlıq aradan qaldırıldıqdan sonra ödənişlərinizi terminallar vasitəsilə bərpa edə bilərsiniz", - deyə məlumatda qeyd olunub.

Məsələ ilə bağlı inkişafları diqqətdə saxlayacağıq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar