Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İtaliya mafiyasının Ukrayna pilotsuz uçuş aparatları (PUA) almaq istəməsindən danışıb.
"Bakupost" xəbər verir ki, Zaxarova sözügedən təhlükə ilə bağlı Avropa ölkələrini daha əvvəl xəbərdar etdiklərini bildirib.
“Hamımız bunu proqnozlaşdırdıq. Proseslərin bu yerə çatacağını deyir, Brüsselə təhlükəni izah edirdik. Deyirdik ki, yaratdığınız bədheybəti heç vaxt idarə edə bilməyəcəksiniz”.
Qeyd edək ki, Palermonun baş prokuroru Mauritsio De Lusiyanın sözlərinə görə, İtaliya mafiyası Ukraynada istifadə edilən dronları qara bazardan almağa çalışır .