SOCAR əməkdaşları ilə Qarabağ əlilləri arasında kütləvi dava – VİDEO – 18+

  • 29 Sen 2019 11:45
  • 12268 Baxış
SOCAR əməkdaşları ilə Qarabağ əlilləri arasında kütləvi dava   –  VİDEO – 18+
Bakıda Qarabağ əlilləri ilə SOCAR əməkdaşları arasında kütləvi dava baş verib.


BakuPost xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb. Videoda tərəflər bir-birlərinə zərbələr endirir və təhqiramiz ifadələr işlədirlər. Video da SOCAR-ın işçiləri ilə yanaşı polis əməkdaşlarının da hadisə yerində olduğu görünür.

Məsələ ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev məlumat yayıb. Həmin məlumatda bildirilir ki, sosial şəbəkələrdə polis əməkdaşlarının Qarabağ əlillərinə təzyiq göstərməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir: “İddia olunan hallarla bağlı Bakı Şəhər Baş Polis İdarəsində araşdırma aparılıb, yaranan münaqişədə polis əməkdaşlarının iştirakı təsdiqlənmir”.

Polis mayoru Elşad Hacıyev bildirib ki, sentyabrın 28-də günorta saatlarında Dövlət Neft Şirkətinin Neft Kəmərlərinin Mühafizə İdarəsinin növbə rəisi tərəfindən “102 Zəng Mərkəzinə” Binəqədi rayonu, Biləcəri qəsəbəsində qanunsuz tikinti aparılması və həmin şəxslərlə aralarında münaqişə baş verməsi ilə bağlı məlumat verilib: “Daxil olan məlumat üzrə Binəqədi RPİ 43-cü Polis Bölməsinin əməkdaşları hadisə yerinə gedib və tərəflər arasında yaranan münaqişənin qarşısı alınıb”.

Xətbuat Xidmətinin rəhbəri hadisənin baş vermə səbəbləri barədə də məlumat verib: “Dövlət Neft Şirkətinin mühafizə zolağına aid olan ərazidə fərdi yaşayış evinin tikintisi ilə bağlı bünövrə işlərinin apardığına görə, 1977-ci il təvəllüdlü, Tərtər rayon sakini Sərxan Musayev Dövlət Neft Şirkətinin Neft Kəmərlərinin Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tikinti dayandırılarkən onun çağırışına əsasən 15-20 nəfər Qarabağ müharibəsi əlilləri münaqişəli vəziyyət yaradıblar. Hadisə nəticəsində S.Musayev, onun tanışı Sultanəhmədov Əhməd və Dövlət Neft Şirkətinin bir neçə əməkdaşı müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı 43-cü Bolis Bölməsində təhqiqat araşdırmaları davam etdirilir”.


Sosial şəbəkələrdə yayılan videonu təqdim edirik. Diqqətə çatdıraq ki, videoda nalayiq ifadələr var. Buna görə də oxuculardan üzr istəyirik: