Ru
13:30 / 04 May 2022

“SOCAR Petroleum”un direktoru işdən çıxarıldı - Rövnəq Abdullayevin adamı “vuruldu” - FOTO

80162
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ölkədə neft və neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan “SOCAR Petroleum” QSC-nin baş direktoru Rövşən Həsənov işdən çıxarılıb.

Bakupost.az xəbər verir ki, onun yerinə Abdulla Tağıyev təyin olunub.


Qeyd edək ki, Rövşən İmran oğlu Həsənov bu vəzifəyə ötən ilin dekabrında gətirilmişdi.


O, SOCAR məsələlərində adı daim hallanan, məşhur iş adamı, Rövnəq Abdullayevin dayısı oğlu Anar Əliyevin (Əlizadə) əsas kadrlarından biri hesab olunurdu. Onların qohumluq əlaqələri də var.

Rövşən Həsənov “SOCAR Petroleum”dan əvvəl “Azərneftyağ” Neft Emalı Zavodunun direktoru vəzifəsində çalışıb.


Xatırladaq ki, “SOCAR Petroleum” QSC Azərbaycan ərazisində neft məhsullarının alqı-satqısının təşkil edilməsi və çoxsahəli nəqliyyat infrastrukturuna, beynəlxalq standartlara uyğun, keyfiyyətli təchizat xidmətinin həyata keçirilməsi məqsədilə 2008-ci ildə təsis edilib.




Çingiz
Baku Post


Şərhlər
  • .....

    Hele mezuniyyet pulunu vermiyibler usdunen 20 gun kecib.

  • Telman Ezimov

    Salam size muraciyet edirem men sabirabad rayonunda yasayan Ezimov Telman Elman oglu merhum atam Elman Ezimov uzun muddet sabirabad rayonu Neftbazada isleyib onun emeyi evez olunmazdir.tesubler olsunki atam 5 aydir dunyasini deyisib xais edirem menim muaciyetime baxilsin .sabirabad rayonunda yerləsen Neft terminali rehberi bir nece defe qebulunda olmusam.mene deyib ki is olanda verecem ancaq merhum atam vezifesi Nasos masinisti isleyib xais edirem atamin yerine tesdiq edesiz .men atamin islediyi fehle vezifesin isin bacaram .uc ildir atam sag olan vaxta atam meni neftbazaya aparib komeklik etmisem vaqonu bosaltmisam menim aile veziyetim 7 neferden ibaretdir anamda yorgan dosekde dir xeste yatir az yasli usagim var dolana bilmirem xais edirem meni nezere alib komeklik edesiniz.men atamin is yerine girim.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər