Kriminal aləm şokda: Lotu Quli öldürüldü - VİDEO / Yenilənib

  • 20 Avq 2020 09:00
  • 45101 Baxış
Kriminal aləm şokda: Lotu Quli öldürüldü  - VİDEO / Yenilənib


Azərbaycanlı “qanuni oğru”, kriminal aləmin lideri hesab olunan “Lotu Quli ləqəbli Nadir Səlifov güllələnib.  

BakuPost xəbər verir ki, o, Antalyada şam etdiyi dostu Xan Əhmədlinski tərəfindən sui-qəsdə məruz qalıb.

İlkin məlumata görə Xan Əhmədlinski də yaralanıb, lakin o, hadisə yerindən qaçmağa müvəffəq olub. 
Lotu Qulinin öldüyü bildirilir.

Əlavə məlumat veriləcək.

***

Başqa bir məlumata görə, Quli hələ ölməyib. O, Antaliyadakı xəstəxanaların birinə yerləşdirilib. Həkimlər vəziyyətin kritik olduğunu bildirib. 

Məlumata görə, oğrunun xəstəxanaya topıaşan tərəfdarları yerli polis tərfindən saxlanılıb.

***

Loti Qulinin başından 4 güllə yarası aldığı bildirilir. Bəzi məlumatlara görə, o, restoranda deyil, qaldığı oteldə, yatdığı yerdə vurlub.

Kriminal aləmə yaxın şəxslər oğrunun artıq öldüyünü, bu dəqiqələrdə morqa aparıldığını bildirir.

***

Son məlumata görə, Lotu Quli Bakı vaxtıyla 4:40-da rəhmətə gedib.

Onu qətlə yetirən şəxs isə polis tərəfindən saxlanılıb.

Fotoda: Xan Əhmədlinski və Lotu Quli






X