Ru
10:30 / 11 Yanvar 2020

Sosial ev dələduzunun işi MƏHKƏMƏDƏ

2973
Bakıda 15 nəfərə qarşı dələduzluqda təqsirləndirilən Tural Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

BakuPost.az-ın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.

Qeyd edək ki, T. Həsənov 15 nəfərdən sosial ev almaq adı ilə külli miqdarda pul alaraq mənimsəməyib. Zərərçəkənlərin şikayəti əsasında T. Həsənov saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər