Ru
09:22 / 26 Dekabr 2025

Sosial şəbəkələrdə gizli kameralar satılır – VİDEO

Sosial şəbəkələrdə gizli kameralar satılır – VİDEO
Eye

Son zamanlar sosial şəbəkələrdə, elan saytlarında qələm, hətta düymə formasında olan gizli kameraların satışları aparılır. Bu tip kiçikölçülü cihazları nəqliyyat vasitəsinə, evə, hətta çantaya belə bərkitmək mümkündür.

Bakupost.az Xezerxeber.az-a istinadən xəbər verir ki, elanlara yazılan şərhlərdən aydın olur ki, bu kimi kameralara maraq böyükdür. Hətta aldığı kameraların sosial şəbəkələrdə videolarını paylaşanlar da kifayət qədərdir.

Həmçinin iddia edilir ki, bu cür cihazlar o qədər kiçik olur ki, gizli kameraları aşkarlamaq üçün istifadə edilən qurğular belə tapa bilmir. Bəs bu kameraların satışı və alışı qanunidirmi?

Vəkil Emil Aslanov bildirib ki, gizli kameralar mülki dövriyyəsi qadağan olunan əşyalar siyahısına aiddir.

Onun sözlərinə görə, bu tip kameraların tətbiqi ilə insanların həyatına müdaxilə qanunla qadağandır.

Vəkil qeyd edib ki, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələrdən yalnız müəyyən dövlət orqanları istifadə edə bilər.

Bakupost.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar