Ru
15:48 / 20 Noyabr 2025

Staravoytovanı Jirinovskinin adamı öldürüb? – Rusiya mediasından İDDİA

Staravoytovanı Jirinovskinin adamı öldürüb? – Rusiya mediasından İDDİA
Eye

90-cı illərin sonlarında anti-Azərbaycan mövqeyi ilə tanınan, erməni separatizminin Rusiyadakı ən fəal dəstəkiçisi, Dövlət Dumasının deputatı Qalina Starovoytovanın öldürülməsi ilə bağlı yeni iddialar ortaya atılıb.

Bakupost.az xəbər verir ki, “Novaya qazeta Evropa” ölümünün 27-ci ildönümündə bədnam qadının qətli ilə bağlı ortaya ilginc iddia atıb.

Qəzetin yazığına görə, Starovoytovanın qətlini sifariş edən şəxs LDPR-in sabiq deputatı, “Tambovskoye” mütəşəkkil cinayət birliyi ilə sıx əlaqələri olan Vyaçeslav Şevçenko olub.

“Novaya qazeta Evropa”nın sənədlərə istinadən məlumatına görə, bu adı bilən yeganə şəxs cinayətin təşkilatçısı, 2005-ci ildə 20 il həbs cəzasına məhkum edilmiş Yuri Kolçin idi. Onun Şevçenkonun adını istintaqa deyib-demədiyi isə məlum deyil.

Bununla belə, Şevçenkonun adı hələ 2005-ci ildə icraçı və təşkilatçı üzrə məhkəmə başlamazdan əvvəl iş materiallarında çəkilirdi. O, mümkün sifarişçilərdən biri kimi göstərilsə də, bu iddia versiya olaraq qaldı.

Şevçenkonun özünü 2004-cü ildə – istintaqın “Starovoytova işi”nə yenidən qayıtmasından beş il əvvəl öldürmüşdülər.

Nəşrin məlumatına görə, istintaq Şevçenko versiyasını genişləndirməyib, çünki belə ittiham “siyasi effekt yaratmırdı və əksinə, hüquq-mühafizə orqanlarının Jirinovskinin partiyası və 1990-cı illərin sonundakı Sankt-Peterburq kriminal mühiti ilə narahatedici əlaqələrini üzə çıxarırdı”.

Xatırladaq ki, Qalina Starovoytova 1998-ci ilin noyabrın 20-də Sankt-Peterburqda mənzilinin qapısı qarşısında qətlə yetirilib.
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar