Ru
21:22 / 12 İyul 2019

"Status-kvo qəbuledilməzdir " - Nazir müavini

"Status-kvo qəbuledilməzdir " -  Nazir müavini
Eye

"Fransa region üçün ağrılı problem olan Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ konfliktinin həlli üçün çalışan ATƏT Minsk Qrupunun həmsədrlərindən biridir. Status-kvo qəbuledilməzdir və Fransa da digər ATƏT Minsk qrupunun həmsədrləri kimi bunu dəfələrlə bəyan edib”.

BakuPost  APA-ya istinadən xəbər verir ki, bunu Xarici işlər nazirinin müavini Xələf Xələfov Fransanın Milli Gününə həsr olunmuş tədbirdə deyib.  


O, inamını ifadə edib ki, Fransa konfliktin ədalətli həlli istiqamətində səylərini daha da gücləndirəcək: "Biz inanırıq ki, Fransa Cənubi Qafqazda sülhə və inkişafa ən böyük təhdid olan bu konfliktin ədalətli və davamlı həllinin tapılması istiqamətində səylərini daha da gücləndirəcək”.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar