Ru
12:22 / 07 Fevral 2026

Sumqayıt bulvarında 28 yaşlı gəncin meyiti tapıldı

Sumqayıt bulvarında 28 yaşlı gəncin meyiti tapıldı
Eye

Sumqayıt şəhərində ölüm faktı qeydə alınıb.


Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə şəhər bulvarı ərazisində baş verib.

Məlumata görə, 1997-ci il təvəllüdlü Natiq Nadir oğlu Şamilovun cansız bədəni ərazidə tapılıb. Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və ərazi mühafizəyə götürülüb.

Meyit müvafiq qurumlara təhvil verilib.

Faktla bağlı araşdırma başlanılıb, ölümün dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyin olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar