Ru
12:58 / 07 Fevral 2026

Xırdalandakı insidentlə bağlı məktəbdən açıqlama

Xırdalandakı insidentlə bağlı məktəbdən açıqlama
Eye

Sosial şəbəkələrdə Xırdalan şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində insident baş verdiyi haqda məlumatlar yayılıb. İddialarda hadisə zamanı 15 şagirdin 1 məktəblini döydüyü bildirilib. Səbəb kimi isə o şagirdin dərsə hazır gəlməsi, müəllimin verdiyi tapşırıqdan əla qiymət alması olduğu göstərilib.


Bakupost.az Qafqazimfoya istinadla xəbər verir ki, Xırdalan şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbindən bildirilib ki, məlumatlar həqiqəti əks etdirmir.

Qeyd edilib ki, sosial şəbəkələrdə yayılan görüntülərdə əks olunan ərazi Xırdalan şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin ərazisi deyil: “Hadisə təhsil müəssisəsində tədris prosesinin aparılmadığı vaxtda baş verib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Uşaqların yeniyetməlik dövründə olduğunu nəzərə alaraq ictimaiyyətdən bu mövzuda həssas davranmalarını, sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş məlumatlara deyil, yalnız rəsmi qurumların açıqlamalarına istinad etmələrini xahiş edirik”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar