Ru
12:35 / 06 Fevral 2026

Sumqayıt məktəblərində insident - YENİLƏNİB

Sumqayıt məktəblərində insident - YENİLƏNİB
Eye

Sumqayıt məktəblərində insident baş verib.


Bakupost.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, Sumqayıt şəhərində yerləşən məktəblərin birində iki şagird arasında mübahisə baş verməsi ilə bağlı polisə məlumat daxil olub.

“Faktla bağlı müvafiq ekspertiza təyin edilib, hazırda ərazi polis orqanında araşdırma aparılır”, - o qeyd edib.


***

12:07


Sumqayıt məktəblərində insident baş verib.


Bakupost.az Sumqayit24.az-a istinadən xəbər verir ki, hadisələrdən biri 33 nömrəli, digəri isə 11 nömrəli məktəbdə qeydə alınıb.

Belə ki, birinci məktəbdə sinif yoldaşları tərəfindən döyüldüyü iddia edilən 2012-ci il təvəllüdlü H.B. qapalı kəllə-beyin travması alıb.

İkinci məktəbdə isə 2014-cü il təvəllüdlü K.M.-in dərs zamanı sinif yoldaşı ilə dalaşarkən yıxılıb başından travma aldığı qeyd olunub.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar