Ru
12:54 / 06 Fevral 2026

“Bezmişəm ...” – Müəllimi güllələyən şagirdi sıxışdırırmışlar – VİDEO

“Bezmişəm ...” – Müəllimi güllələyən şagirdi sıxışdırırmışlar – VİDEO
Eye

“İdrak” liseyinin səkkizindi sinif şagirdi Sevlan jurnalistlərə təfərrüatlardan danışarkən birinci dərs zamanı baş verən hadisənin 10-ci sinif şagirdinin törətdiyini təsdiqləyib: “Sinifdə idik. Biz görməmişik, dedilər ki, dəhlizə çıxıb başlayıb qızışmağa. On birinci siniflər isə onu saxlamağa çalışıb”.

Bakupost.az xəbər verir ki, şagird deyib ki, hadisə tənəffüsdə baş verib: “Müəllimə və şagirddə problem yox idi. Yuxarı siniflər onu sıxışdırdılar. Avtomatı yerə atdı. Mən də götürdüm. Elə bildim zarafatdır. Sonra eşitdim ki, hadisə olub”.

“Sizi məktəbə keçəndə yoxlamırlar” sualına “çantasında aparıb” deyən şagirdin sözlərindən məlum oldu ki, şagirdlərin çantaları yoxlanışdan keçmir.

Jurnalistin əvvəllər sıxırlar və ya başqa şeylər deyirdimi sualına “Əvvəllər deyirdi ki, bezmişəm”.


Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar