Ru
13:38 / 06 Fevral 2026

Kraliça 54 yaşında orduya yazıldı – Qızından sonra təlimlərə başladı – FOTO

Kraliça 54 yaşında orduya yazıldı – Qızından sonra təlimlərə başladı – FOTO
Eye

Hollandiyada Ayın sonuna doğru fəaliyyətə başlaması gözlənilən yeni koalisiya hökuməti ölkənin hərbi gücünü təxminən 80 min nəfərdən 122 minə çatdırmağı planlaşdırır. Ölkənin Kraliçası da bu prosesə töhfə vermək istəyir.

Bakupost.az “Dutch News” xəbər portalına istinadən xəbər verir ki, Kral Villem-Aleksandrın 54 yaşlı, Argentina əsilli həyat yoldaşı Kraliça Maksima orduda şəxsi heyətin sayını artırmaq səyləri çərçivəsində bu həftə ehtiyat zabit olmaq üçün təlimlərə başlayıb.



Müdafiə Nazirliyi Maksimanın təlimlərə başlamasından sonra yaydığı açıqlamada bildirib ki, “Hollandiyanın təhlükəsizliyi artıq təmin olunmuş bir məsələ kimi qəbul edilə bilmədiyi üçün Maksima ehtiyat zabit olmağa qərar verib”.

Bu ay and içməsi gözlənilən yeni koalisiya hökuməti geosiyasi sarsıntılar və Rusiyanın Ukraynadakı müharibəsi səbəbilə ölkə ordusunun şəxsi heyətinin sayını təxminən 80 mindən 122 minə yüksəltməyi planlaşdırdığını açıqlayıb.



Kral ailəsi kraliçanın bir çox insan kimi ölkənin təhlükəsizliyinə töhfə vermək istədiyini bildirib. Maksima bu addımı ilə qızının yolunu davam etdirir. Hollanda taxtının varisi olan şahzadə Amaliya ötən ay orduda ehtiyatda olan zabit kimi hərbi hazırlıq kursunu başa vurdu.

Müdafiə Nazirliyinin sözçüsü Klaas Meyer kraliçanın qərarını yüksək qiymətləndirərək bunun tamamilə şəxsi seçim olduğunu deyib: “Amma əlbəttə ki, bunu etdiyi üçün çox qürur duyuruq. Ümid edirik ki, digər insanlar da “mən də bunu edə bilərəm” deyə düşünəcək”.

Müdafiə Nazirliyi açıqlayıb ki, kraliçanın təlim proqramı zəruri olan bütün praktiki və nəzəri hərbi elementləri əhatə edəcək. Bu proqram çərçivəsində fiziki dözümlülük, özünümüdafiə, atıcılıq, xəritə oxuma və hərbi hüquq üzrə hazırlıq da yer alacaq.



Təlimi başa vurduqdan sonra polkovnik-leytenant rütbəsi alacaq Maksima zərurət yarandığı halda vəzifəyə cəlb ediləcək.

Avropada kral ailəsi üzvlərinin hərbi xidmətə qatılması ənənəsi uzun illərə dayanır, lakin bunun qadınlar üçün də geniş yayılması nisbətən yeni tendensiyadır.

Belə ki, beş il əvvəl Belçika taxtının varisi şahzadə Elizabet kral vəzifələrinə hazırlıq məqsədilə Brüsseldə hərbi məktəbdə bir illik təhsil almağa başlamışdı.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar