Ru
17:16 / 10 Sentyabr 2019

Sumqayıtda 52 nəfərə “atan” lombard sahibinə AĞIR CƏZA TƏLƏBİ

4127

Sumqayıtda 52 nəfərə qarşı dələduzluq etməkdə ittiham edilən lombard Məmmədov Zaur Ərəstun oğlunun cinayət işi üzrə məhkəməprosesi davam edib.


Bakupost.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək Zaur Məmmədovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.


Prokurorun istədiyi cəzaya münasibət bildirən zərərçəkmişlər narazılıq ediblər. Onlar bildiriblər ki, bu günə qədər heç kimin zərəri ödənilməyib. Zərərçəkmişlər söyləyir ki, Zaura istənilən 10 il azadlıqdan məhrumetmə cəzası azdır.

Qeyd edək ki, zərərçəkmişlər lombarda qoyduqları qızllar qarşılığında nağd pul alıblar. Zaur Məmmədov bir müddət sonra işlədiyi ofisi bağlayaraq yoxa çıxıb.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Axtarışa verən Zaur Məmmədov həbs edilib. Daha sonra o azadlığa buraxılıb. Lakin zərərçəkmişlərin pulunu ödəmədiyi üçün yenidən barəsində həbs qətimkan tədbiri seçilib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər