Ru
08:59 / 22 Yanvar 2020

Sumqayıtda ağır qəza - 1 ölü, 4 yaralı

8689
Bakı-Sumqayıt yolunda mikroavtobus yolun kənarındakı dirəyə çırpılıb.

Trend-in məlumatına görə, hadisə səhər saatlarında qeydə alınıb.


Sumqayıtdan Bakı istiqamətinə hərəkətdə olan "Mercedes Sprinter" markalı 10 ND 312 dövlət nömrə nişanlı sərnişin mikroavtobusu idarəetməni itirərək yolun kənarındakı dirəyə çırpılıb və yolun qarşı hərəkət istiqamətinə keçib.

Hadisə yerinə yol polisi və təcili tibbi yardım briqadaları cəlb olunub.

Qəza nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

TƏBİB-dən verilən məlumata görə, hadisə mikroavtobusun piyadanı vurması nəticəsində baş verib.

Piyadanı vuran mikroavtobus idarəetməni itirərək yolun kənarındakı dirəyə çırpılıb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər