Peyk vasitəsilə mədən kəşfiyyatı texnologiyaları hazırlayan “Fleet Space” şirkəti Kanadanın Kvebek əyalətində süni intellektdən istifadə etməklə böyük litium yatağı aşkar edib.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, süni intellekt və peyk texnologiyası sayəsində ənənəvi olaraq həftələrlə vaxt alan zondaj qərarlarının qəbulu üçün vaxtın 48 saata endirildiyi vurğulanır.
“Fleet Space”in məlumatına görə, bu yanaşma zondaj nöqtələrinin daha dəqiq seçilməsinə imkan verir və resursları komersiya baxımından daha sərfəli edir. Eyni zamanda qiymətləndirmə prosesini xeyli sürətləndirir.
“Cisco Litium” layihəsinin 329 milyon tona qədər litium oksidi hasil edə biləcəyi proqnozlaşdırılır. “Fleet Space” yeni aşkar edilən yatağın layihənin mövcud sərhədlərindən kənara uzandığını və regionun daha geniş potensiala malik olduğunu açıqlayıb.
Cavid, BakuPost