Böyük Britaniyanın Kembric Universitetinin alimləri süni intellektin köməyilə hazırlanan yeni nəsil peyvəndi ilk dəfə insanlar üzərində sınaqdan keçirməyə başlayıblar.
Bakupost.az-ın “Qafqazinfo”ya istinadla məlumatına görə, tədqiqatçılar bildirirlər ki, yeni peyvənd mövcud və gələcəkdə ortaya çıxa biləcək müxtəlif koronavirus növlərinə qarşı genişmiqyaslı qorunma təmin etmək məqsədi daşıyır.
Layihənin əsas məqsədi yalnız COVID-19 variantlarına deyil, həm də gələcəkdə insanlara keçə biləcək yeni koronaviruslara qarşı immun müdafiə yaratmaqdır.
Araşdırma çərçivəsində müxtəlif koronavirusların genetik məlumatları süni intellekt sisteminə yüklənib. Sistem bu məlumatları təhlil edərək, immun sistemini bütöv virus ailəsinə qarşı hazırlaya biləcək xüsusi “super-antigen” hazırlayıb.
Antigenlər peyvəndlərin əsas komponentlərindən biridir və immun sisteminə virusları tanımağı öyrədir.
Layihənin rəhbərlərindən biri olan Conatan Hini bildirib ki, bu, insanların iştirakı ilə sınaqdan keçirilən ilk süni intellekt tərəfindən hazırlanmış antigendir.
Onun sözlərinə görə, bu yanaşma gələcək pandemiyalara hazırlıq baxımından mühüm dönüş nöqtəsi hesab oluna bilər: “Bu, pandemiyalara qarşı hazırlıq strategiyasında fundamental dəyişiklikdir”.
Bütöv Britaniyanın Kembric Universitetinin Süni İntekkektin (təbii ki, çox geniş saylı amilləri-elementləri-xüsusiyyətləri nəzərə alan?) də tətbiqi ilə KoronaVirusa və digər anti-gen viruslara qarşı peyvəndləri dünya aləminə, tibbin insan sağlamlığına daha mükəmməl peyvənd və qorunma-müalicə şansları verəcək!? Koronavirusa qarşı hazırki peyvəndin idarəedici sinirlərə təsiri müşahidə olunmayıbmı? Həmin baxımdan mən yeni Müəllifləri Conatan Hini və Saul Faustu şəxsən dinləmək istərdim ki, digər hallar da nəzərə alınsın?