Ru
15:58 / 30 Noyabr 2020

Şuşada Dilqəm Əsgərovun şeir dəftəri tapıldı FOTO

3655

2014-cü ildən erməni girovluğunda saxlanılan Dilqəm Əsgərova məxsus dəftər Şuşa qalasından tapılıb.


Bu barədə girovun oğlu Kürdoğlu Əsgərov məlumat verib.

K.Əsgərov deyib ki, hazırda Şuşada olan hərbçilərdən atasına aid bir nişan tapmağı xahiş edib:
“Bildiyiniz kimi, ordumuz Şuşaya girənə qədər atamgil Şuşa qalasında saxlanılıb. Hazırda orada olan hərbçi dostlardan xahiş etdim ki, qalaya daxil olarkən atama məxsus olan paltar, yaxud hansısa əşya olsa, mənə xəbər etsinlər. Sağ olsunlar, əsgərlərimiz oradan mənə bir şeir dəftəri tapdıqlarını dedilər. Əlyazısından atama məxsus olduğuna əminəm. Ordan dəftərin şəklini çəkib mənə atdılar. İndi məlum olur ki, atam orda olanda şeir yazırmış”.

Girovun oğlunun sözlərinə görə, dəftər hələ ki hərbçilərimizdədir.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər