22:58 / 07 Sentyabr 2019
Tac-Mahalı gecə də ziyarət etmək olacaq
26098
Hindistanın hakimiyyət orqanları turistlərin çoxsaylı xahişlərinə cavab olaraq Tac-Mahalı gecə ziyarətləri üçün də açmağı planlaşdırır.
BakuPost-un məlumatına görə, Tac-Mahala orta hesabla hər gün 22 min turist gəlir. Bəzən bu rəqəm gün ərzində 50 min nəfərə çatır. Bu problemin həlli üçün mavzoleydə üç saatdan çox qalanlar cərimələnir.
Hazırda "Ağ mavzoley"i ayda yalnız beş dəfə gecələr ziyarət etmək olur - bədirlənmiş aylı gecədə, ondan öncəki və sonrakı dörd gecədə.