Tacir Şahmalıoğlu həmkarı Şəbnəm Tovuzlunun ad gününə yazdırdığı pulun məbləğini açıqlayıb.
Bakupost.az Qaynarinfo-ya istinadla xəbər verir ki, o, 11 min manat yazdırdığını dilə gətirib:
"Söhbət Şəbnəmdən gedir. Ustad tələbəsinin ad gününə 11 min manat yazdırıb. Tələbə də ustadının oğlunun toyuna 15 min pul yazdırmışdı".
Xatırladaq ki, Şəbnəm Tovuzlunun təmtəraqlı ad günündə 173 min manat pul yığılıb. Mərasimə ən çox pul yazdıranlar arasında Tacir Şahmalıoğlu, Ədalət Şükürov və Könül Kərimovanın adı var.