Ru
13:03 / 05 May 2026

Tahir İmanovun Cabir İmanovla ölümündən bir həftə əvvəlki söhbəti: “Qorxuram çatdırmaram” - VİDEO

Tahir İmanovun Cabir İmanovla ölümündən bir həftə əvvəlki söhbəti: “Qorxuram çatdırmaram” - VİDEO
Eye

“Bu əhvalatı heç vaxt danışmamışam. Onun ölümünə 1 həftə qalmış, sentyabrın 22-si Şuşaya getdik. Bəstəkar Süleyman Ələsgərov haqqında film çəkirdik. Adətən bu cür çəkilişləri Bakıda olan çəkilişlərdən sonraya salırıq. Mənə zəng etdi ki, Şuşa çəkilişlərini nə vaxta salmaq istəyirsən? Dedim, ayın 22-si Bakıda başlayırıq, oktyabrın 5–6-dan sonra Şuşaya gedəcəyik. Dedi ki, sən onu əvvələ sal, qorxuram çatdırmaram. O, doğrudan da ömrünün sonunu hiss edirdi. Bu, birinci fakt idi”.

Bakupost.az xəbər verir ki, bu sözləri Əməkdar artist Tahir İmanov “Söhbət var” proqramında ötən il sentyabrda qəfil ürək tutmasından dünyasını dəyişən qardaşı, Əməkdar artist Cabir İmanovdan danışarkən deyib.

“Şuşaya gəldik, çəkilişləri bitirdik. Məni kənara çəkib dedi ki, bir komanda ver, hamı getsin, biz ikimiz qalaq, Şuşanı gəzək. Harda böyümüşük, harda qaçmışıq, harda qonşularımızla oynamışıq, gedək o yerləri gəzək. Düz 2 saat Şuşanı onunla qarış-qarış gəzdik.

O, doğrudan da nəyisə hiss edirmiş ki, uşaqlıq yerlərini son dəfə gedib gəzdi”, - deyə T. İmanov bildirib.

Lalə


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar