Ru
10:16 / 01 Avqust 2025

Tanınmış alimə yüksək vəzifə verildi

Tanınmış alimə yüksək vəzifə verildi
Eye

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində yeni təyinat olub.

Bakupost.az Qaynarinfo-ya istinadla xəbər verir ki, iqtisad elmləri üzrə fəlsəfə doktoru Süleymanlı Cavid Elxan oğlu Agentliyin İqtisadi təhlil şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Cavid Süleymanlı bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Menecment ixtisası üzrə, magistratura təhsilini Türkiyənin Mərmərə Universitetində Beynəlxalq siyasi iqtisadiyyat üzrə, doktorantura təhsilini isə "2019-2023-cü illərdə Azərbaycanda ali təhsilin beynəlxalq rəqabətliliyini artırmaq üzrə Dövlət Proqramı" çərçivəsində Türkiyənin İstanbul Universitetində alıb və sözügedən Dövlət Proqramının ilk məzunu olmaqla 26 yaşında ölkənin ən gənc alimlərindən biri olub. Gənc alimin yüksək impakt faktorlu jurnallar olmaqla bir çox akademik məqaləsi mövcuddur. Elm sahəsində fəaliyyətinə görə 2023-cü ildə "İlin gənci" mükafatına layiq görülüb.

Cavid Süleymanlı əmək fəaliyyətinə 2019-cu ildə UNEC-də müəllim olaraq başlayıb. 2022-2024-cü illərdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində məsləhətçi, baş məsləhətçi və sektor müdiri vəzifələrində çalışıb.

2024-cü ilin iyun ayından etibarən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində baş mütəxəssis vəzifəsində çalışırdı.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar