Ru
10:34 / 31 Oktyabr 2019

Tanınmış rejissor Türkiyədə vəfat etdi

3147

Bu gün Tanınmış teatr rejissoru, Gəncə Dövlət Kukla teatrının yaradıcısı və keçmiş baş rejissoru Hilal Həsənov 76 yaşında vəfat edib.


BakuPost xəbər verir ki, rejissor ürək çatışmazlığı nəticəsində Türkiyədə dünyasını dəyişib.


Qeyd edək ki, Hilal Mahmud oğlu Həsənov 10 sentyabr 1943-cü ildə Gəncədə anadan olub. 1962 ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin rejisorluq fakültəsinə daxil olub. Hərbi xidmətə çağrıldığı üçün təhsilini 1970 ci ildə bitirib. 1979-cu ildən 1986 cı ilə kimi Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib, 1986-cı ildə Gəncə Dövlət Kukla Teatrını yaradaraq bu teatrın direktoru və baş rejisoru təyin olunub. 1993-cü ildən Türkiyə Cümhuriyyətində rejisor olaraq fəaliyyət göstərirdi. Bir çox kitabların və tamaşa ssenarilərinin müəllifi olmuş, saysız hesabsız tamaşalara quruluş vermişdi.


Günel

BAKUPOST

Şərhlər
  • oxucu

    Xahiş edirəm yazı yazanda heç olmasa adı hesablamalara fikir verin tələm tələsik başdansoyudu yazılar yazmayın.Millətin hamısı savadsız,diqqətsiz deyil.Yazırsız ki,Hilal Həsənov 73 yaşında vəfat edib.Allah rəhmət eləsin .2019- 1943 = 76

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər