Gürcüstanın Tbilisi Şəhər Məhkəməsi keçmiş Baş nazir və daxili işlər naziri Giorgi Qaxariyanın qiyabi həbsini təsdiqləyib.
Bakupost.az xəbər verir ki, bu barədə Gürcüstanın "Georgi Online" saytı məlumat yayıb.
Bundan əvvəl hakim tərəflərin 20 iyun 2019-cu ildə keçirilmiş etiraz aksiyasının dağıdılması ilə bağlı işə sübutların daxil edilməsi barədə vəsatətlərini dinləyib. Məhkəmənin qərarına əsasən, müdafiə tərəfinin Bidzina İvanişvili, İrakli Kobaxidze, Mamuka Mdinaradze, Vaxtanq Qomelauri və Tea Tsulukianinin ifadələri iş materiallarına daxil edilməyib.
Eyni zamanda, hakim ittiham tərəfinin təqdim etdiyi sübutları tam şəkildə işə əlavə edib.
Giorgi Qaxariya 20 iyun 2019-cu ildə Gürcüstan Cinayət Məcəlləsinin iki nəfərdən çox şəxsə qəsdən bədən xəsarəti yetirmə, eləcə də ictimai-siyasi vəzifə tutan şəxs tərəfindən səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham olunub. Bu cinayətlər üzrə 13 ilə qədər həbs cəzası nəzərdə tutulur.