15:29 / 23 Sentyabr 2021

Telejurnalist Bülbülün ev muzeyinə direktor təyin edildi

1572
Bülbülün Şuşadakı ev muzeyinə yeni direktor təyin olunub.

Bakupost.az xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, vəzifəyə telejurnalist Fəxrəddin Hacıbəyli gətirilib.

Qeyd edək ki, işğal dövründə erməni vandalizminə məruz qalan ev muzeyinin bu ilin avqustun 29-da bərpa işlərindən sonra açılışı olub. Açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər