Ru
11:54 / 14 Noyabr 2025

Tənzilə Rüstəmxanlı Vedat Bilgin ilə görüşdü - FOTO

Tənzilə Rüstəmxanlı Vedat Bilgin ilə görüşdü - FOTO
Eye

Azərbaycan Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı qardaş ölkədə işgüzar səfərdədir.

Bakupost.az xəbər verir ki, səfər çərçivəsində Tənzilə Rüstəmxanlı Türkiyə Böyük Millət Məclisinin Səhiyyə, ailə, əmək və sosial məsələlər komissiyasının sədri Vedat Bilginlə görüşüb.

Tənzilə Rüstəmxanlı iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsi istiqamətində yorulmaz əməyinə görə Vedat Bilginə təşəkkür edib.

Vedat Bilgin də, öz növbəsində, Tənzilə Rüstəmxanlının fəaliyyətini yaxından izlədiyini və uğurlu işlərə imza atdığından bəhs edib.

Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin gələcəyi, Türk Dövlətləri Təşkilatının fəaliyyəti haqqında da fikir mübadiləsi aparılıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar