Ru
09:14 / 14 Yanvar 2026

Tikinti materialları bahalaşacaq? – Armatur və şüşə listlərinə gömrük rüsumu artırıldı – VİDEO

Tikinti materialları bahalaşacaq? – Armatur və şüşə listlərinə gömrük rüsumu artırıldı – VİDEO
Eye

Armatur və şüşə listlərinin idxalında qaydalar dəyişdirilib.

Bakupost.az Xəzərxəbər.az-a istinadən xəbər verir ki, indiyədək armatur və şüşə listləri idxal edən sahibkarlar faiz əsaslı və ya minimum məbləğdə gömrük rüsumları ödəyirdilər. Bundan sonra isə bu rüsumlarla yanaşı armaturlar üçün əlavə 150 manat, şüşə listlərinin hər tonu üçün isə əlavə 100 manat gömrük yığımı alınacaq.

Məlumata görə, sahibkarlar bildirir ki, yeni gömrük yığımının təsiri çox keçmədən hiss ediləcək.

İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, armatur və şüşə listləri üzrə tətbiq edilən bu əlavə gömrük yığımları daxili bazarın qorunmasına yönəlib. Başqa sözlə, məqsəd idxalı tam məhdudlaşdırmaq deyil, yerli istehsalçılar üçün daha balanslı və rəqabətli mühit formalaşdırmaqdır.

Bakupost.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.





Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar