"Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi, məşğulluq imkanlarının artırılması, onların reabilitasiyası növbəti dövrlərdə də prioritet olacaq".
Bakupost.az xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev AzTV-yə müsahibəsində deyib.
O bildirib ki, Vətən müharibəsindən sonrakı dövrdə Nazirlik tərəfindən şəhid ailəsi üzvləri və müharibə iştirakçıları olan 132 min şəxsə 411 min xidmət göstərilmişdir.
“Vətən müharibəsindən dərhal sonrakı dövrdə bu kateqoriyadan olan şəxslərin sosial ödənişlərinə artımlar tətbiq olunmuşdur. Ötən müddət ərzində həm şəhid ailələrinə, həm də müharibə əlillərinə həyata keçirilən sosial ödənişlərin məbləğinin 2 dəfədən çox artırılmasına nail ola bilmişik”, - deyə nazir qeyd edib.