İranda davam edən hökumət əleyhinə etirazlarda ən az 2 571 nəfərin həyatını itirdiyi barədə məlumat yayılıb.
Bakupost.az HRANA insan hüquqları təşkilatına əsasən xəbər verir ki, ölənlərin 2403 ü etirazçı, 147 si təhlükəsizlik qüvvələri, 9 u etirazlara qatılmayan vətəndaş, 12 si isə yaşı 18-dən aşağı uşaqdır.
İranlı rəsmilər isə etirazlarda ölənlərin sayını təxminən 2 000 nəfər olaraq açıqlayıb.
HRANA-nın topladığı məlumatlara görə, etirazların 17-ci gününə qədər 31 vilayəti əhatə edən 187 şəhərdə ümumilikdə 614 etiraz aksiyası keçirilib. Bu müddət ərzində 18 434 nəfər həbs olunub, ən az 1134 nəfər isə ağır yaralanıb.
ABŞ Prezidenti Donald Tramp etirazçılara çağırış edərək, aksiyalara davam etmələrini söyləyib və “yardım yoldadır” deyib. Tramp, bu açıqlamanın mənası barədə sual verildikdə, ABŞ-ın İran hadisələrinə necə reaksiya verəcəyini qiymətləndirdiyini qeyd edib.
Cavid, BakuPost