Ru
12:03 / 14 Yanvar 2026

Zəngəzur dəhlizinin dəmir yolu tikintisindən - FOTOLAR

Zəngəzur dəhlizinin  dəmir yolu tikintisindən - FOTOLAR
Eye

Naxçıvan Muxtar Respublikasında (MR) dəmir yolu xəttinin tikintisini davam etdirilir.


Bakupost.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.

Bildirilib ki, uzunluğu 194.1 km olan dəmir yolu boyunca 10 stansiyanın yenidən qurulması, 814 mühəndis qurğusunun, o cümlədən 29 körpü, 4 tunel və 12 qalereyanın inşası nəzərdə tutulur.

Məlumatda qeyd edilir ki, bu dəmir yolu xətti Zəngəzur dəhlizinə qoşularaq həm Azərbaycanın əsas hissəsinin Naxçıvan MR ilə birbaşa quru əlaqəsini, həm də Orta Dəhliz və Şimal-Cənub marşrutunun mühüm seqmenti olaraq Türkiyə, Avropa bazarlarına çıxışı təmin edəcək.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar