Ru
13:33 / 14 Yanvar 2026

Kosmetoloq da amnistiyaya düşdü

Kosmetoloq da amnistiyaya düşdü
Eye

Bakıda fəaliyyət göstərən Dr.Elnara MMC-nin rəhbəri, tanınmış kosmetoloq Elnarə Ramiz qızı Rzayeva barəsində amnistiya aktı tətbiq edilib.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsinin hökmündə qeyd olunub.

Hökmə əsasən, kosmetoloq Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinib və ona aylıq qazancından dövlət nəfinə 10 faiz məbləğində vəsait tutulmaqla islah işləri cəzasına məhkum edilib.

Prezident tərəfindən irəli sürülmüş təşəbbüsü Milli Məclisin "Konstitusiya və Suverenlik İli” münasibətilə 19.12.2025-ci il tarixli amnistiya qərarı E.Rzayevaya şamil olunub. O, cəzadan azad olunub.

Qeyd edək ki, ötən il Bakı və Sumqayıtda “LBC” estetik kosmetoloji klinikaların idarəçiləri Rəna Rüfət qızı Soltanova və Nigar Rüfət qızı Rüfət kosmetoloq Elnarə Rzayevanı məhkəməyə veriblər. Nərimanov Rayon Məhkəməsi kosmetoloq barəsində ekspertiza təyin etmişdi

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar