Ru
15:02 / 14 Yanvar 2026

86 yaşlı Abid Şərifovdan - AÇIQLAMA

86 yaşlı Abid Şərifovdan - AÇIQLAMA
Eye

“İndi nisbətən babatam. Ev şəraitində müalicəm davam edir”.


Bakupost.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında Baş nazirin sabiq müavini Abid Şərifov bildirib.

O, səhhətində irəliləyiş olub-olmaması barədə suala cavab olaraq deyib:

“Mənim 86 yaşım var. 86 yaşlı adamın səhhətində nə irəliləyiş olacaq? Buna da şükür. Əvvəlki ilə müqayisədə indi nisbətən hərəkət edə bilirəm”.

Qeyd edək ki, Abid Şərifov 1940-cı ildə Şəkidə anadan olub. O, 1995-ci ildən 2018-ci ilə qədər Baş nazirinin müavini vəzifəsində çalışıb.

A.Şərifov ötən ilin oktyabrında insult keçirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar