Ru
15:56 / 14 Yanvar 2026

İran səfiri Ermənistanı hədələdi – “Bunu unutmayacağıq”

İran səfiri Ermənistanı hədələdi – “Bunu unutmayacağıq”
Eye

İranın İrəvandakı səfiri Xəlil Şirqulami iranlı etirazçıların səfirlik qarşısında aksiya keçirməsinə Ermənistan rəsmilərinin reaksiya verməməsi ilə bağlı mübahisəli açıqlama verib.

Bakupost.az xəbər verir ki, səfir “Sputnik Armenia” saytına müsahibəsində bildirib ki, Tehranda Ermənistanın İrana düşmən qüvvələr üçün mərkəzə çevrildiyi barədə təsəvvür formalaşır.

Səfirin sözlərinə görə, İranda davam edən etirazlar uğur qazanacağı təqdirdə, zərər görən tərəflərdən biri də Ermənistan olacaq. O, bu fikirləri ilə etirazların regional nəticələr doğura biləcəyini iddia edib.

Xəlil Şirqulami, habelə, şənbə günündən etibarən Ermənistandakı İran səfirliyinin qarşısında keçirilən etiraz aksiyalarından, səsləndirilən hörmətsiz və təhqiramiz şüarlardan narahatlığını dilə gətirib.

Səfir bu cür addımların İran cəmiyyətinin yaddaşında qalacağını vurğulayıb və Tehranın çətin dövrlərdə Ermənistanın yanında olduğunu xatırladıb.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar