Ru
13:51 / 14 Yanvar 2026

MAXE olmaq istəyənlərin nəzərinə - Sənəd qəbulu başladı

MAXE olmaq istəyənlərin nəzərinə -  Sənəd qəbulu başladı
Eye

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.


Bakupost.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə sənəd qəbulu fevralın 15-dək Əlahiddə Ümumqoşun Ordunun Təlim və Tədris Mərkəzində (Ünvan: Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhəri, 1 nömrəli hərbi şəhərcik) həyata keçiriləcək.

“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na ən azı ümumi orta təhsilli, müddətli həqiqi hərbi xidmətini başa vurmuş 35 yaşınadək hərbi vəzifəlilər (zabit, gizir, miçman hərbi rütbəsi olanlar istisna olmaqla), eləcə də ixtisasını dəyişmək və ya artırmaq arzusunda olan Silahlı Qüvvələrdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş (“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə), “q” bəndinə (ştat ixtisarına görə) əsasən ordu sıralarından ehtiyata buraxılmış) 40 yaşınadək hərbi vəzifəlilər və 30 yaşınadək qadın cinsli vətəndaşlar qəbul edilir.

Kursa qəbul üçün tələb olunan sənədlər aşağıdakı formadadır:

- kursa qəbul olunmaq barədə ərizə;

- anket forması;

- tərcümeyi-hal (1 nüsxədə);

- təhsil haqqında sənədin surəti (1 nüsxədə);

- doğum haqqında şəhadətnamənin surəti (1 nüsxədə);

- yaşayış yeri və ailə tərkibi haqqında arayış (1 nüsxədə);

- əlavə peşə və ya ixtisasınız varsa təsdiqedici sənədlərin surəti (diplom, sertifikat, şəhadətnamə və s.);

- şəxsiyyət vəsiqəsinin surəti və ya yeni nəsil şəxsiyyət vəsiqəsindən çıxarış (1 nüsxədə);

- sürücülük vəsiqəsinin surəti (olduğu təqdirdə, 1 nüsxədə);

- nikah haqqında şəhadətnamənin surəti (evli olduqda, 1 nüsxədə);

- həyat yoldaşının və uşaqların şəxsiyyət vəsiqələrinin surəti (1 nüsxədə);

- rəngli fotoşəkil (baş geyimsiz, anfas, 6 ədəd 3x4 sm, 2 ədəd 4.5x6 sm və 3 ədəd 9x12 sm);

- hərbi biletin bütün vərəqlərinin notarial qaydada təsdiq olunmuş surəti (1 nüsxədə, kişi cinsli vətəndaşlar üçün);

- psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar.

Müraciətlər fevralın 15-dək saat 09:00-dan 17:00-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) qəbul olunur.

Qeyd edək ki, müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçular və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilər kursa qəbul edilmir.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursunu müvəffəqiyyətlə bitirmiş şəxslərin təyinatı Əlahiddə Ümumqoşun Ordunun ehtiyaclarına uyğun vakant vəzifələrin komplektləşdirilməsi üzrə həyata keçiriləcək.

Şərhlər
  • Gülər qedimova

    Salam. Qadın. Maxe ehtiyacım var

  • Yusif Şahbazov

    Salam mən 24 yaşm 2.ci qarabağmuharbəsin işdirakcsı olmşam və öz könülümnən azərbaycan dövlətndə xidmət eləmək isdiyrəm müdədən artığ

  • Xüdayyət Maşıyev

    Samux rayon füzuli kənd

  • Emil Allahverdiyev.04.25.2003.cil Hərbi xidmədə olmşam maxe olmaq isdyrem zəhmət olmsa əlqə saxlyın.

    Beyləqan rayonun təzə kənd kəndi

  • Kənan ibrahimov

    Oguz rayonu

  • Ağayev Eldar

    Mən Ağayev Eldar Telman oğlu 21.04 2006 Xaçmaz rayonunda anadan olmuşam hərbidə xidmət etmək istəyirəm xahiş edirəm köməklik edərdiz

  • Rəvan Bayramlı

    Mən işə qəbul olmaq isdirəm

  • Kamil Həbibov

    İşe qəbul olmaq istəyirəm

  • Nihat nərimanov

    Maxe düzəlmək üçün

  • Müşviq Bagrov

    Cəlilabadda

  • Şərifov ilyas

    Hərbiyə isdəmək isdiyirəm

  • Fərid Yusifov

    Herbiye qebul olmaq isdeyirem

  • Əli mirzeyev

    Salam 20 yaşm var. Maxe işləməy isdəyrəm xayiş edrəm mənlə əlaqə saxlayasnz

  • Əli mirzeyev

    Salam mənim 20 yaşm var maxe işləməy isdəyrəm

  • Amin əvzov

    Dəniz qüvvələri kurs ne vaxtdı

This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar