Ru
14:06 / 14 Yanvar 2026

Şirkət rəhbəri vətəndaşın torpağını zəbt edib? – Oğuzda torpaq qalmaqalı

Şirkət rəhbəri vətəndaşın torpağını zəbt edib? – Oğuzda torpaq qalmaqalı
Eye

Oğuz rayonunda torpaq qalmaqalı yaşanır.


Bakupost.az Qaynarinfo -ya istinadən xəbər verir ki, rayon sakini Şahin Həbibullayev ona məxsus torpaq sahəsinin zəbt olunduğunu deyir.

O, sayta bildirib ki, torpağını zəbt edən şəxs "Meyvə Bağları” MMC-nin sahibi Ələsgər Həmzəyevdir.

Şahin Həbibullayevin sözlərinə görə, o, zəbt edilmiş torpaq sahəsinin 2020-ci ildə alıb. "Torpağın sahəsi 4 hektardır. 2020-ci ildə almışam. Bütün sənədləri də əlimdədir. Amma 5 ildir ki, həmin torpaq Ələsgər Həmzəyev tərəfindən zəbt edilib”, - deyə şikayətçi bildirib.

O əlavə edib ki, Ələsgər Həmzəyevin əlində hər hansı sənəd yoxdur.

"Heç bir sənədi yoxdur. Sadəcə torpağımı zəbt edib. Mən öz torpağımdan istifadə edə bilmirəm. Mənə hücumlar olur”, - Şahin Həbibullayev vurğulayıb.

Şikayətçi deyib ki, baş verənlər barədə hüquq-mühafizə orqanlarına müraciət edib və hazırda araşdırma aparılır.

"Amma onun himayədarları güclüdür. Ona görə də məsələ həllini tapmır”, - Həbibullayev əlavə edib.

Şahin Qocayev bildirib ki, torpaq sahəsi Oğuz rayonunun Padar kəndində yerləşir.

Onun iddiasına görə, Ələsgər Həmzəyev başqa sakinlərə qarşı da oxşar addımlar atıb: "Nər sirdirsə, bu adamın əməlləri ilə bağlı hər hansı tədbir görülmür”.

Şahin Həbibullayevin iddiaları ilə bağlı Ələsgər Həmzəyevin mövqeyini öyrənmək mümkün olmayıb.

Araşdırmalar nəticəsində məlum olub ki, "Meyvə Bağları” MMC 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Tağı Şahbazi küçəsi, ev108, mənzil 4-də yerləşir. Şirkət və qanuni təmsilçisi haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar