Ru
11:08 / 14 Yanvar 2026

Bəzi məcburi köçkünlərə yardım dayandırılır

Bəzi məcburi köçkünlərə yardım  dayandırılır
Eye

Zəngilan rayonunun Ağalı kəndinə köçürülməsinin 3 ili başa çatan vətəndaşların məcburi köçkünlər üçün nəzərdə tutulan sosial müdafiə tədbirlərindən istifadəsi dayandırılır.


Bakupost.az Milli.Az-a istinadla xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.

Bildirilib ki, "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Qanununun 3-cü maddəsinə uyğun olaraq, məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı tətbiq edilən güzəştlər və imtiyazlar qanunvericiliklə müəyyən edilmiş müddətdə qüvvədədir.

"Qanuna əsasən, məcburi köçkünlər üçün sosial müdafiə tədbirləri onların əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan etibarən üç il müddətində tətbiq olunur", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Ağalı kəndinə 2022-ci il iyulun 19-dan etibarən Ağalı kəndinə mərhələlərlə köç başlayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar