Ru
09:45 / 14 Yanvar 2026

“Traktor”un keçmiş futbolçusu və xanımı öldürüldü – Cütlük etirazlara qatılmışdı – FOTO

“Traktor”un keçmiş futbolçusu və xanımı öldürüldü – Cütlük etirazlara qatılmışdı – FOTO
Eye

İranda davam edən etiraz aksiyaları zamanı Təbrizin “Traktor” klubunun (2009–2011) keçmiş futbolçusu (yarımmüdafiəçi) Müctəba Tarşizin həyat yoldaşı ilə birlikdə öldürüldüyü bildirilir.

Bakupost.az xəbər verir ki, sosial şəbəkələrdə, xüsusilə Telegram və “X” platformalarında yayılan məlumatlara görə, hadisə İranın Şahi şəhəri (indiki Qaimşəhər) yaxınlığında aksiyalarda təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında yaşanan qarşıdurma zamanı baş verib. Paylaşımlarda 48 yaşlı Müctəba Tarcizin və həyat yoldaşının odlu silahla qətlə yetirildiyi bildirilir.



Məlumatlarda vurğulanır ki, ölkənin tanınmış futbolçulardan Müctəba Tarşiz bir müddət əvvəl Təbriz “Traktor” klubunun heyətində çıxış edib.

Hazırda hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən açıqlama verilməyib. Sosial şəbəkələrdə isə hadisənin detalları ilə bağlı fərqli versiyalar yayılmaqdadır.

İranda etiraz aksiyaları fonunda son günlər ölənlərin sayı ilə bağlı məlumatlar artmaqda davam edir.

Cütlüyün iki qızı var.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar