Ru
16:39 / 02 Dekabr 2025

Tiktoker "Roşka"nın tələbi yenə rədd edildi

Tiktoker "Roşka"nın tələbi yenə rədd edildi
Eye

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakupost.az Lent.az -a istinadla xəbər verir ki, hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən tiktoker işinə yenidən baxılmasını və ədalətli qərar verməsini məhkəmədən istəyib.

Daha sonra sənədlərin tədqiqi mərhələsi elan olunub. Cinayət işinə əlavə edilmiş videogöruntülərə baxış keçirilib. Təqsirləndirilən şəxsin vəkili müvəkkilinin ev dustaqlığına buraxılması ilə bağlı yenidən vəsatət təqdim etsə də, məhkəmə onu təmin etməyib.

Məhkəmə vaxt məhdudiyyətindən sənədlərin tədqiqinin dekabrın 16-da keçiriləcəyini elan edib.

Xatırladaq ki, "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanov bu ilin yanvar ayında canlı yayımlarda əxlaqsızlığın təbliğinə qarşı polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar