Ru
17:28 / 18 Sentyabr 2020

Tofiq Yaqublu xəstəxandan evə buraxıldı

Tofiq Yaqublu xəstəxandan  evə buraxıldı
Eye


Müsavat Partiyasının fəalı Tofiq Yaqublu xəstəxandan evə buraxılıb.

“BakuPost” xəbər verir ki, o, müalicə aldığı "City Hospital"ın qarşısında jurnalistlərin suallarını cavablandırıb.

Qeyd edək ki, Nizami Rayon Məhkəməsi T.Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Şikayət həmin hökmdən verilib.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmədiyini bildirir.

T.Yaqublu 17 gündür aclıq aksiyası keçirirdi. O, sentyabrın 12-də istintaq təcridxanasından "City Hospital"a köçürülüb.

Bu gün Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə T.Yaqublu barədə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib. T.Yaqublu məhkəmə qərarından sonra aclıq aksiyasını dayandırıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar