Ru
01:09 / 22 Sentyabr 2020

Tovuzda piyadanı vuran sürücü hadisə yerindən qaçdı

1664
Tovuzda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"BakuPost" xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Yolu keçmək istəyən 1991-ci il təvəllüdlü Vəliyev İxtiyar Bəxtiyar oğlunu naməlum avtomobil vurub. Piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Məlumata görə, piyadanı vuran sürücü hadisədən sonra ərazidən yayınıb.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər