Ru
21:52 / 17 Yanvar 2026

Toyda qan töküldü: Şadlıq sarayında 30 yaşlı gənci bıçaqladılar

Toyda qan töküldü: Şadlıq sarayında 30 yaşlı gənci bıçaqladılar
Eye

Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bakupost.az APA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində fəaliyyət göstərən "Fərid" şadlıq sarayında qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü R.Ələkbərov iki bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Ona dərhal tibbi yardım göstərilib və vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, hadisə gəncin iştirak etdiyi toy mərasimi zamanı baş verib.

Hadisənin baş vermə səbəbləri hələ məlum deyil. Əraziyə polis əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar