Ağdamda traktorçu minaya düşüb.
Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Çəmənli kəndi ərazisində baş verib.
Kənd sakini Məlik Qədir oğlu Məmmədov sahədə soğan səpərkən minaya düşüb.
Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.