Ru
20:47 / 17 Dekabr 2025

Onlarla münasibətlərimiz kəskin pisləşdi - Kobaxidze

Onlarla münasibətlərimiz kəskin pisləşdi - Kobaxidze
Eye

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkədəki qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətini xarici dövlətlər tərəfindən maliyyələşdirilən süni sistem və “xarici hökumət təşkilatları” adlandırıb.

Bakupost.az xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.

Hökumət başçısı son iki ildə rəsmi Tbilisi ilə QHT-lər arasında münasibətlərin kəskin pisləşdiyini bildirib:

“QHT” və “vətəndaş cəmiyyəti” terminləri yalandır və bu qurumlar xarici hökumətlərin maliyyəsi ilə həmin dövlətlərin maraqlarını həyata keçirirlər. Parlamentin qəbul etdiyi şəffaflıq qanununu da qəsdən “Rusiya qanunu” kimi qələmə verirlər. ABŞ-də Donald Tramp administrasiyasının USAID və NED kimi təşkilatların fəaliyyətini və maliyyəsini dayandırması isə rəsmi Tbilisinin bu məsələdəki mövqeyini təsdiqləyir”.

Xatırladaq ki, fevralın əvvəlində ABŞ tərəfi dünyada “rəngli inqilablar”ın təşkilatçısı hesab edilən NED-in maliyyələşdirilməsini dayandırmışdı.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar