Ru
18:47 / 17 Dekabr 2025

Diqqət: Bu şəxslərə avtomobil VERİLƏCƏK

Diqqət: Bu şəxslərə avtomobil VERİLƏCƏK
Eye

Çernobıl Atom Elektrik Stansiyasında (AES) baş vermiş qəza ilə əlaqədar əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bakupost.az "Trend"ə istinadla xəbər verir ki, bu tədbirlərin davamı olaraq qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş və xüsusi nəqliyyat vasitəsi ilə təmin edilmələri üçün tibbi göstərişi olan əlilliyi olan şəxslərə növbəti partiya üzrə avtomobillər təqdim ediləcək.

Məlumata əsasən, həyata keçirilən tədbirlər çərçivəsində 24 nəfər 2025-ci il istehsalı olan sedan tipli avtomobillə təmin olunacaq.

Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi artıq bu istiqamətdə müvafiq işlərə başlayıb.

Agentlik avtomobillərin satın alınmasının ümumilikdə 390.6 min manata başa gələcəyini proqnozlaşdırır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar