Yeni klipini ölümdən döndüyü gündə yayımladı - VİDEO
160
Türkiyəli bəstəkar Sinan Akçıl müğənni Ebru Gündeşə sözləri və musiqisi özünə məxsus olan “İyi ki doğmuşum” adlı mahnını hədiyyə edib.
Bakupost.az xəbər verir ki, bu barədə E. Gündeş instaqram hesabında paylaşım edib.
“Canım dostum Sinan Akçıl! Bu mənalı hədiyyən üçün təşəkkür edirəm. Həqiqətən də, yaxşı ki, doğulmuşuq”,- deyə müğənni yazıb.
S. Akçıl isə paylaşıma bu şərhi yazıb: “Məncə, sənin doğum günün nə 12 oktyabr, nə də 16 dekabrdır. Sən Türkiyə üçün ölümsüzsən. Yaxşı ki, doğulmusan, böyük qadın!”
Xatırladaq ki, Ebru Gündeş 1999-cu il dekabrın 16-sı albom təqdimatı zamanı beyninə qan sızıb və daha sonra əməliyyat olunub. Bir neçə ay xəstəxanada davam edən uzun və ağır müalicə prosesindən sonra o, evə buraxılıb. Elə həmin gün jurnalistlərə açıqlamasında “Əsl doğum günüm bu gündür” ifadəsini işlədib. Məhz bu səbəbdən müğənni yeni mahnısının tarixini özü seçərək 16 dekabrda yayımlanmasını istəyib.