Ru
19:11 / 17 Dekabr 2025

Naxçıvanda bu qurumlar birləşdirildi

Naxçıvanda bu qurumlar birləşdirildi
Eye

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan bir sıra müəssisələr birləşdirilib.

Bakupost.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov fərman imzalayıb.

Fərmana əsasən, nazirliyin tabeliyində olan “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Naxçıvan Telekom” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzi” publik hüquqi şəxs birləşdirilməklə onların əsasında nazirliyin tabeliyində “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.

Müəssisənin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi isə muxtar respublikanın Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyinə həvalə edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar