Ru
17:40 / 17 Dekabr 2025

Türkiyədə Gültəkin Hacıbəyli ilə bağlı qərar verildi

Türkiyədə Gültəkin Hacıbəyli ilə bağlı qərar verildi
Eye

Türkiyədən 5 illik deportasiyasına qərar verilən keçmiş millət vəkili Gültəkin Hacıbəylinin geri göndərmə məntəqəsində saxlanılması qanuni hesab edilib.

Bakupost.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

G.Hacıbəylinin sözlərinə görə, Sülh Cəza Məhkəməsində onun Çatalca Geri Göndərmə Mərkəzində saxlanılması ilə bağlı şikayətinə baxılıb. Məhkəmə şikayəti təmin etməyib.

Xatırladaq ki, Gültəkin Hacıbəyli dövlətə xəyanət və digər ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin işi ilə bağlı Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) istintaqa çağırılıb. Amma o, Türkiyədən ölkəyə qayıtmaq istəmədiyi üçün orada saxlanılıb. İki gün əvvəl onun 5 il müddətinə Türkiyədən deportasiya edilməsi ilə bağlı qərar qəbul edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar