Ru
15:37 / 17 Dekabr 2025

ABŞ və Avropadan Ukraynaya təhlükəsizlik zəmanətləri – DETALLAR

ABŞ və Avropadan Ukraynaya təhlükəsizlik zəmanətləri – DETALLAR
Eye

ABŞ və Avropa İttifaqı diplomatları, eləcə də Ukrayna rəsmiləri Berlin görüşü çərçivəsində Ukraynaya təhlükəsizlik zəmanətləri ilə bağlı iki əsas sənəd layihəsi üzərində razılığa gəliblər.

Bakupost.az “Nyu York Tayms”a istinadən xəbər verir ki, razılaşdırılan sənədlərdən biri ABŞ və Avropanın Ukraynaya qarşı kollektiv müdafiə zəmanətləri təklif etməsini nəzərdə tutur. Bu, NATO-nun 5-ci maddəsinə bənzər prinsiplərin tətbiqi ilə əlaqələndirilir.

Digər sənəddə isə ətraflı mexanizmlər – Avropa ölkələrinin Ukrayna ilə birgə işləyəcəyi, müharibədən sonra Rusiyanın yeni təcavüzlərinin qarşısını almaq üçün hansı addımların atılacağı göstərilib.

Sənədlərdə Avropanın Ukraynada öz hərbi qüvvələrini yerləşdirməsinə dair maddələr də yer alır. Bu, “çoxmillətli qüvvənin” yaradılması və Ukraynanın təhlükəsizliyini təmin etmək məqsədi ilə Avropa silahlı qüvvələrinin ölkədə fəaliyyət göstərməsini nəzərdə tutulur.

NYT mənbələrinin bildirdiyinə görə, bu tədbirlər kağız üzərində qalmayacaq, sənədlərdə Rusiya təcavüzünün yenidən baş verməməsi üçün real mexanizmlər var. Belə ki, orada yenidən hər hansı hücum edərsə, Moskvanın nə cür cəzalandırılacağı konkret şəkildə əks olunub.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar