Bakıda azyaşlı pasiyentin mədəsindən yad cisim çıxarılıb.
Bakupost.az xəbər verir ki, bu gün səhər saatlarında azyaşlı oğlanın valideyinləri övladının səhhətində yaranan narahatlıqla bağlı Xəzər Tibb Mərkəzinin poliklinika şöbəsinə müraciət edib. Aparılan müayinələr zamanı uşağın mədəsində yad cismin (mismar) olduğu müəyyən edilib.
Həkim-qastroenteroloq Gülnar Ağayeva tərəfindən həyata keçirilən endoskopik müdaxilə zamanı yad cisim mədədən təhlükəsiz şəkildə çıxarılıb. Prosedur uğurla başa çatıb, pasiyentin vəziyyəti stabildir.
Vaxtında tibbi müdaxilə mümkün fəsadların qarşısının alınmasında mühüm rol oynayıb.